Dibçəkdə yatızdırdılar, meyiti aylarla evdə gizlədib yandırdılar

Sinqapurda Meqan adlı uşağa qarşı törədilən zorakılıq əməli cəmiyyətdə narazılığa səbəb olub.

"The Sun" istinadən, məhkəmə artıq azyaşlı uşağı vəhşicəsinə işgəncələrlə öldürmüş valideynlərə və onların yaxınına ağır hökm oxuyub.

Belə ki, nəşrin məlumatına görə, Meqan adlı qız anası Fu Li Pin və onun partnyoru Vonq Şi Xianq ilə bir evdə yaşasa da, bir növ cəhənnəm əzablarına dözürmüş.

"Zorakılıq əməllərinin iştirakçısı təkcə uşağın valideynləri deyil, Nouvel Çua Ruoşi adlı başqa bir qadın da olub. Məhkəmə zamanı məlum olub ki, uşağın başı tez-tez qırxılırmış və o, çöldə gül dibçəyində yatmağa məcbur edilirmiş. Günlərin birində Meqan ac olduğunu deyib. Bundan sonra ana burnunu silərək onu qızına yedirdib. Uşaq icazəsiz makiyaj dəstini götürdükdə, ondan istifadə etdikdə isə Meqanı döyüb əşya kimi çölə atıblar. Çua bütün hadisəni lentə alırmış", - məqalədə yazılıb.

Çua məhz qızın öldüyü gün Meqanın halının pisləşdiyini hiss edibmiş.

"Lakin valideynlər bu xəbərdarlığı rədd edərək Meqanın sadəcə diqqət çəkməyə çalışdığını bildiriblər. Cütlük uşağı həkimə aparmaq əvəzinə, rəfiqələri ilə birlikdə narkotik qəbul ediblər. Bir neçə saat sonra isə uşağın cansız bədəni tapılıb. O, aylarla mənzildə gizlədilib və meyitin qoxusu xüsusi ətir çubuqları ilə ört basdır edilirmiş. Nəticədə Meqanın ölümü ilə bağlı izlərin itirilməsi üçün meyit yağ çəlləyində yandırılıb. Fu 19 il, onun partnyoru isə 30 il həbs cəzasına məhkum edilib. Bütün bu hadisələri zaman-zaman lentə almış və cinayətin izlərini aradan qaldırmağa kömək etmiş Çua isə 13 il həbs cəzası alıb",- nəşr yazıb.