Pekin, 14 noyabr, AZƏRTAC Tədqiqatçılar İndoneziyada baş verən son şiddətli meşə yanğınlarına iqlim dəyişikliyinin səbəb olduğunu bildirirlər.AZƏRTAC xəbər verir ki, bu barədə “World Weather Attribution” iqlim elmi sahəsində fəaliyyət göstərən beynəlxalq elmi-tədqiqat qrupunun hesabatında qeyd olunub. Hesabatda deyilir ki, İndoneziya, ABŞ və Avropanın 3 ölkəsindən olan alimlər insan fəaliyyətindən qaynaqlanan iqlim dəyişikliyinin yanğın mövsümündə İndoneziyada havanın temperaturunun 1,6 dərəcə Selsi artmasına səbəb olduğunu aşkar ediblər. İqlim dəyişikliyindən başqa, bu il baş verən El-Nino iqlim hadisəsi də İndoneziyada yağışları azaldıb və havanı olduqca quru edib.Hesabatda yanğınların yaratdığı sağlamlıq riskləri və onların təbii mühitə təsiri ilə bağlı məsələlər qaldırılır. Güclü tüstü ciddi hava çirkliliyinə olub və yüz minlərlə insanda tənəffüs yolu infeksiyasına səbəb olub. Nəsli kəsilməkdə olan oranqutanların yaşayış yerləri də zərər görüb. Tədqiqatçıların rəyinə görə, meşə yanğınlarını tətikləyən şərtləri getdikcə daha çox proqnozlaşdırmaq olur. Bu da risklərin azaldılması üçün qabaqlayıcı tədbirlərə fürsət yaradır.Qeyd edək ki, bu il İndoneziyada baş verən meşə yanğınları son illərin ən ciddi ekoloji böhranlarından birinə çevrilib. Təxminən 2,88 milyon hektar ərazi yanğınlardan zərər görüb. Yanğınların tüstüsü Malayziya və Sinqapur da daxil olmaqla Cənub-Şərqi Asiya ölkələrinə təsir göstərib. Şahin Cəfərov AZƏRTAC-ın xüsusi müxbiri Pekin
İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib
Mənbə: azertag.az/xeber/iqlim_deyisikliyi_indoneziyadaki_mese_yanginlarini_daha_da_pislesdirib-4509405