Azərbaycanda neft hasilatı oktyabr ayında gündəlik 440 min barel təşkil edib.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında bildirilir.
Məlumata görə, bu, sentyabr ayının göstəricisi ilə müqayisədə 1 min barel azdır.
IEA analitiklərinin hesablamalarına görə, Azərbaycanın sentyabr ayında neft hasilatı “OPEC+” sazişi çərçivəsində planda nəzərdə tutulandan gündəlik 111 min barel geri qalıb.
Azərbaycanın “OPEC+” sazişi çərçivəsində bu il üçün neft hasilatı kvotası gündəlik 551 min barel təşkil edir.