Bakı, 14 noyabr, AZƏRTAC ABŞ-nin Luiziana ştatında, Yeni Orlean limanı yaxınlığında tanker və çay kruiz gəmisi arasında baş verən toqquşma nəticəsində 32 nəfər xəsarət alıb.AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında bildirib.Onun sözlərinə görə, hadisə nəticəsində ölən olmayıb, xəsarət alan 32 nəfər xəstəxanaya yerləşdirilib.Tramp xilasetmə əməliyyatlarında iştirak edən ABŞ Sahil Mühafizəsinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və təcili yardım xidmətlərinə təşəkkür edib.Qeyd edək ki, “Fox News” telekanalının məlumatına görə, çay kruiz gəmisində təxminən 150 nəfər olub.