Məşhur filmdəki qılınc 4,8 milyon dollara satıldı

"Ulduz müharibələri" filminin V və VI epizodlarında istifadə olunan Dart Veyderin işıq qılıncı ABŞ-də keçirilən hərracda rekord qiymətə satılıb.

Əşya 4,8 milyon dollara (təxminən 8,16 milyon manat) alıcıya təqdim olunub.

"People" nəşrinin məlumatına görə, alət film franşizasının çəkilişlərində istifadə olunmuş və indiyədək hərraca çıxarılan ən bahalı əşyaya çevrilib. Halbuki onun ilkin qiyməti 1 milyon dollar təşkil edib.

Qılıncdan çəkilişlər zamanı Dart Veyder obrazını canlandıran Devid Prouz və onun dublyoru Bob Anderson istifadə ediblər. Əşya xüsusilə "İmperiya əks-hücum edir" filmindəki məşhur səhnədə istifadə olunub. Həmin səhnədə Dart Veyder Lyuk Skayuokerin əlini kəsir və ona "Mən sənin atanınam" deyir.(Axşam.az)