Hindistanın paytaxtı Yeni Dehlidə “Diwali” (İşıqlar bayramı) festivalından sonra havanın keyfiyyəti təhlükəli səviyyəyə yüksəlib.
NDTV telekanalının məlumatına görə, şəhər sakinləri səhər saatlarında sıx tüstü dumanı və görmə məsafəsinin azalması ilə qarşılaşıblar.
Hökumətə bağlı Mərkəzi Havanın Çirklənməsinə Nəzarət Şurasının (CPCB) məlumatlarına əsasən, Yeni Dehlidə havanın keyfiyyəti indeksi (AQI) 403-ə yüksəlib. Halbuki ötən gün bu göstərici 350 olub.
Mütəxəssislər havanın çirklənməsinin artmasını noyabrın 8-də qeyd olunan “Diwali” festivalı zamanı istifadə edilən fişəng və pirotexniki vasitələrin yaratdığı tüstü ilə əlaqələndirirlər.