Vaşinqton, 13 noyabr, AZƏRTAC ABŞ Prezidenti Donald Tramp prezidentlik müddəti başa çatana qədər Kuba məsələsini həll etmək istədiyini və bu ölkəyə qarşı qısamüddətli hərbi əməliyyat keçirilməsi imkanını nəzərdən keçirə biləcəyini bildirib.AZƏRTAC xəbər verir ki, Tramp bu barədə “Salem News Channel” telekanalına verdiyi müsahibədə danışıb.“Mən prezidentlik müddətim başa çatana qədər Kuba məsələsini həll etmək istəyirəm. Mən Kubaya qarşı qısamüddətli hərbi əməliyyat keçirməyi nəzərdən keçirərdim”, – deyə vurğulayıb. Məlahət Nəcəfova AZƏRTAC-ın xüsusi müxbiri Vaşinqton