Müğənnidən illər sonra şok etiraf: "İntihara cəhd etmişəm"

Türkiyənin məşhur müğənnisi, “Superstar” ləqəbli Ajda Pekkan illər sonra şəxsi həyatı ilə bağlı gözlənilməz etiraf edib.

Ajda Pekkan ailəsi ilə yaşadığı çətin günlərdən danışaraq atasının evlilik məsələsində ona ciddi təzyiq göstərdiyini bildirib.

Müğənninin sözlərinə görə, atası evlənməyəcəyi təqdirdə onu övladlıqdan rədd edəcəyi ilə hədələyib. Bu vəziyyət gənc yaşlarında sənətçiyə ağır psixoloji təsir göstərib.

“Atam mənə "evlənəcəksən" deyəndə intihara cəhd etdim. Sonra öz-özümə düşündüm ki, niyə başqalarının həyatı üçün öz həyatıma son qoymalıyam? Beləcə, fikrimdən daşındım. Atam evlənməsəm, məni övladlıqdan rədd edəcəyini söyləmişdi. Amma sonradan ailə həyatı qurmağı da sınadım”, – deyə Pekkan bildirib.

Məşhur müğənninin illər sonra açıqladığı bu hadisə Türkiyə mediasında geniş müzakirələrə səbəb olub.