Macarıstanın paytaxtı Budapeştdə boks üzrə Avropa və Panamerika yığmalarının döyüşü keçiriləcək.
Azərbaycan Boks Federasiyasından News24.az-a verilən məlumata görə, noyabrın 14-də təşkil ediləcək gecəyə Azərbaycan millisinin idmançısı Məhəmməd Abdullayev də dəvət alıb.
+90 kq-da rinqə çıxacaq boksçumuz Gilbert Kabamba (ABŞ) ilə döyüşəcək.
Bu gün Macarıstana yollanan boksçu və məşqçisi Etibar Abdullayev noyabrın 15-də Bakıya qayıdacaq.
Qeyd edək ki, gecədə qadın və kişi boksçular hərəsi 5 çəki dərəcəsində güclərini yoxlayacaqlar. Döyüşlər Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.