ŞOK! Nəvəsinin andiçməsində itkin düşmüşdü:Meyiti görün hardan tapıldı

Günlərdir itkin kimi axtarışda olan Astara rayonunun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynovun meyiti bu gün axşam saatlarında Göygöl rayonunda, Şıxın Düzü adlanan ərazidə yaşayış evlərindən çox uzaq sahədə aşkarlanıb.Oxu24.com-un məlumatına görə, meyitin tapıldığı ərazidən kənarda isə sadəcə 6-ya yaxın ev var. Avtomobil yolundan və yaşayış evlərindən uzaq bir sahədə meyiti tapılan şəxsin həmin əraziyə necə getdiyi isə hələ ki müəmmalı qalır.İlkin olaraq meyitin üzərində zorakılıq əlamətləri və ya vəhşi heyvanların hücum izləri aşkarlanmadığı bildirilir. Meyit hazırda tibbi ekspertizaya göndərilib.Onun dəqiq ölüm səbəbləri və hadisənin digər təfərrüatı aparılan araşdırmalardan sonra məlum olacaq.Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma davam etdirilir.Qeyd edək ki, mərhum Gəncə şəhərinə, əsgər nəvəsinin andiçmə mərasiminə getmişdi. O, mərasimdən çıxdıqdan sonra itkin düşüb. Dünən isə yaxınları onu tapanlara 1 000 manat pul mükafatı verəcəyini bildirib.REPORT