Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı

Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlanıb.

Bunlar əsasən bişmiş şirniyyatlardır. Bu qidalar qan şəkərinin səviyyəsini tez bir zamanda artırır.

Bu barədə dietoloq Palinski-Uade "Eating Well"ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bişmiş məhsullardan çəkinmək lazımdır.

Belə ki, xüsusilə tortlarda liflərin çoxu çıxarılan təmizlənmiş un olur. Bu, qalan karbohidratların bədəndə tez bir zamanda parçalanmasına səbəb olur.

Palinski-Uade qeyd edib ki, bunlara şəkər əlavə etsəniz, qan şəkərinin sürətlə artmasına səbəb ola biləcək bir kombinasiya əldə edə bilərsiniz, xüsusən də bu qidalar yağsız protein və ya sağlam yağlar mənbəyi ilə birlikdə deyil, ayrıca yeyilərsə....

Dietoloq günün birinci yarısında bişmiş məhsulların yeyilməsinin ən yaxşı olduğunu aydınlaşdırıb. Səhər yeyilən eyni miqdarda karbohidratlar axşam yeməyi ilə müqayisədə qan şəkərinin daha az nəzərə çarpan artmasına səbəb olur.

O, həmçinin bəzi bişmiş məhsulların tərkibində doymuş yağların olduğunu və həddindən artıq istehlak edildikdə maddələr mübadiləsini poza biləcəyini qeyd etdi.