Bakı, 12 noyabr, AZƏRTAC Noyabrın 8-də – Zəfər Günündə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına Xankəndidən müraciət etməsi dərin tarixi, siyasi və mənəvi məna daşıyır. Vaxtilə işğalın, dağıntıların və düşmən tapdağının simvoluna çevrilmiş Qarabağ torpağından dövlət başçısının xalqa səslənməsi Azərbaycanın tarixi ədaləti bərpa etməsinin, milli iradəsinin və dövlətçilik qüdrətinin parlaq təcəssümüdür. Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli bildirib.Akademik vurğulayıb ki, Prezident İlham Əliyevin Xankəndidən etdiyi müraciətdə bütöv Azərbaycan xalqının səsi, milli qüruru, azərbaycançılıq ideologiyasının və məfkurəsinin qalibiyyət ruhu ifadə olunub. Bu müraciət təkcə Zəfər Gününün təntənəsi deyil, həm də xalqımızın öz tarixi taleyinə sahib çıxmaq iradəsinin nümayişidir. Onun sözlərinə görə, Azərbaycan xalqı tarixən qürurlu, vüqarlı və ləyaqətli xalq olub. Belə bir xalqın öz torpaqlarının işğalı ilə barışması mümkün deyildi. Dünyanın aparıcı dövlətlərinin ikili standartlarına, münaqişənin həllini uzatmaq və mövcud status-kvonu qorumaq cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı milli ləyaqətindən, tarixi torpaqlarına qayıtmaq haqqından imtina etmədi. Teymur Kərimli bu mübarizənin mənəvi-fəlsəfi mahiyyətini açıqlayarkən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Həqiqətüssüəda” əsərindəki məşhur dördlüyə diqqət çəkib:“Zillət ilə ləzzəti olmaz həyatın, dustilər,Nəqdi-can sərf eləyib dünyada kam almaq gərək.Əcz ilə dönmək ədudən səhlidir, himmət tutub,Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək”.Akademik bildirib ki, Füzulinin əsrlər əvvəl ifadə etdiyi bu fikir xalqımızın Vətən müharibəsində nümayiş etdirdiyi milli xarakterin, azadlıq və ləyaqət uğrunda mübarizə əzminin poetik ifadəsidir. Zillət içində yaşamağı qəbul etməyən Azərbaycan xalqı öz iradəsini döyüş meydanında təsdiqlədi: şəhidlər verdi, lakin torpaqlarının işğalı ilə barışmadı, tarixi ədaləti bərpa etdi. O qeyd edib ki, Azərbaycan Ordusunun qarşısında mürəkkəb hərbi maneələr, çoxsaylı müdafiə xətləri, istehkamlar və minalanmış ərazilər var idi. Hücum edən tərəf üçün son dərəcə çətin olan bu şəraitdə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq, fədakarlıq və döyüş əzmi Qələbənin əsas amillərindən oldu. Bu tarixi uğur xalqın birliyinin, hər bir Azərbaycan vətəndaşının Vətən sevgisinin, milli qeyrətinin və azərbaycançılıq məfkurəsinə bağlılığının nəticəsi idi. Akademikin fikrincə, bu ümumxalq iradəsini vahid məqsəd ətrafında birləşdirən və onu tarixi Qələbəyə istiqamətləndirən əsas qüvvələrdən biri Prezident İlham Əliyevin sərkərdəlik məharəti, strateji düşüncəsi və diplomatik uzaqgörənliyi olub. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurlar dövlət başçısının müəyyənləşdirdiyi hərbi-siyasi strategiyanın, xalq-ordu birliyinin və əsgərlərimizin misilsiz qəhrəmanlığının vəhdətindən doğub. Teymur Kərimli diqqətə çatdırıb ki, Zəfərin mənası yalnız işğal olunmuş torpaqların azad edilməsi ilə məhdudlaşmır. Bu Qələbə Azərbaycan xalqının milli özünüdərkinin, tarixi yaddaşının və dövlətçilik düşüncəsinin yeni mərhələyə yüksəlməsidir. Zəfər Günü həm də gələcək nəsillər qarşısında böyük mənəvi məsuliyyət yaradır. Çünki belə bir Qələbəni qazanmaq qədər onu qorumaq, onun tarixi əhəmiyyətini dərk etmək və bu uğura layiq olmaq da vacibdir.“Biz öz gündəlik fəaliyyətimizdə, əməyimizdə, Vətənə və xalqa münasibətimizdə bu böyük Zəfərə layiq olduğumuzu sübut etməliyik. Zəfər bizə yalnız qürur hissi deyil, həm də məsuliyyət aşılayır. Hər birimiz çalışdığımız sahədə vicdanla işləməklə, dövlətimizə və xalqımıza xidmət etməklə bu tarixi Qələbənin mənəvi dəyərini yaşatmalıyıq”, – deyə akademik bildirib. O əlavə edib ki, Zəfər Günü şəhidlərimizin müqəddəs xatirəsi qarşısında ehtiram, qazilərimizin fədakarlığına minnətdarlıq, eyni zamanda, milli birliyimizin və sarsılmaz iradəmizin təntənəsidir. Azərbaycan xalqı bu Qələbə ilə öz ədəbiyyatının, fəlsəfəsinin və ictimai fikrinin böyük şəxsiyyətlərinin əsrlər boyu yaşatdığı azadlıq, qeyrət və ləyaqət ideallarına sadiqliyini də nümayiş etdirdi. Akademik əminliklə vurğulayıb ki, Azərbaycan dövləti və xalqı var olduqca, Zəfər Günü milli yaddaşımızın ən uca zirvələrindən biri kimi yaşayacaq. Xankəndidən səslənən müraciət isə bu həqiqəti bir daha bütün dünyaya bəyan etdi: Azərbaycan xalqı öz taleyinin sahibidir, öz torpaqlarını azad etməyə qadirdir və qazandığı tarixi Zəfəri heç vaxt unutmayacaq.
Bu gün
2719 xəbər bu gün
Noyabrın 13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron…
AFFA İntizam Komitəsi II Liqada baş verən qayda pozuntularına görə iki nəfər barəsində qərar çıxarıb. Sfera.az xəbər verir ki, "Şəmkir"in futbolçusu Fuad Əhmədov "Ağstafa Gəncləri" ilə görüşün 90-cı dəqiqəsində baş…
Aktrisa Pərvin Abıyevanın ailə münasibətləri və xəyanətlə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sənətçi bu mövzuda danışarkən ailəsində övladları olan qadınların həyat yoldaşının…
“Birinci dəfə bir uğursuzluq olub, ikinci dəfə istəmirəm ki, yenə başım daşa dəysin”. Bu sözləri Aşıq Namiq verilişdə deyib. Subay sənətçi qarşısına əməli-saleh bir qızın çıxması…
“Prezident İshaq Hersoqun hökumətin formalaşdırılmasını Ayzenkota həvalə etməsi və ərəb partiyalarının ona dəstək verməsi İsrail siyasətində yeni mərhələnin başlanğıcından xəbər verir”. Bu sözləri Yenicag.az-a…
“Avropa Ukraynadan qalib çıxmış bir Rusiya görmək istəmir”. Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib. Z.Əmrəliyev Əbu-Dabi görüşünün nəticəsiz qalmasını və tərəflərin Donbas gərginliyini…
İkinci əl avtomobil bazarında qaydaların dəyişməsi gözlənilir. Vergi Məcəlləsinə təklif olunan yeni dəyişikliyə əsasən, rəsmi dilerlər 5 ilə qədər olan işlənmiş maşınları satarkən ƏDV-ni ümumi məbləğdən deyil, yalnız…
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın qış ərəfəsində ölkəsinin kritik infrastrukturuna və logistikasına əlavə dəstək göstərəcəyinə ümid edir. Bu barədə o Dublində Avropa Siyasi...
Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqı ölkələrinin Ukraynada sülh, yoxsa müharibə istədikləri barədə mövqelərini dəqiqləşdirməli olduqlarını bildirib. RİA Novosti-yə istinadən, Putin...
Bakının Pirşağı qəsəbəsi və bağlarını "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə bağlayan 173A və 173B nömrəli müntəzəm marşrut xətlərində avtobuslar yenilənir. Redaktor.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat...
Lənkəranda qeydə alınan zəhərlənmə faktı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb. Dərhal araşdırmalara başlanılıb. Bu barədə AQTA-dan məlumast verilib. Qeyd olunur ki, ilkin araşdırma zamanı rayonun…
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, noyabrın 13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən…
Kriştiano Ronaldonun 25 faiz pay sahibi olduğu İspaniyanın "Almeriya" klubu faciəvi şəkildə həyatını itirən 30 yaşlı futbolçu Xesus de Miguelin ailəsinə maddi dəstək göstərəcək.
Noyabrın 13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki…
Bakı.Trend: 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda səlahiyyətli banklar tərəfindən istehlakçılara malların alınması və bir sıra xidmətlərin göstərilməsi zamanı ödənilmiş 175 milyon 266,5…
Bakı. Trend: “Süni İntellektlə Müasir Məktəb” təşəbbüsü müəllimlərin rəqəmsal bacarıqlarının inkişafını, süni intellektin tədrisə inteqrasiyasını və təhsildə gərəkli texnologiya istifadəsini…
Dublin.Trend: Xorvatiya Azərbaycan təbii qazının idxalında maraqlıdır. Azərbaycan artıq Xorvatiya bazarını neftlə təchiz edən ölkələrdən biridir. Trend-in xüsusi müxbirinin məlumatına görə, bu barədə…
Lənkəran rayonunda qeydə alınan zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlanılıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, ilkin…
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektorunun tədris-metodiki məsələlər üzrə məsləhətçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Eldar Həsənxan oğlu Azadov vəfat…
Bakı. Trend: "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin stajor pilotu Cumalı Rüfət pilot hazırlığı proqramı çərçivəsində təlim uçuşlarını uğurla başa vurub. Trend-in Qəbələyə ezam olunmuş müxbiri xəbər…
Azərbaycan və Tacikistan hərbçiləri arasında PUA bölmələrinin, ordu dronlarının və dron operatorlarının hazırlığı sahəsində təcrübə mübadiləsinə dair görüş keçirilib. Bu barədə Müdafiə…
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində apardığı təmir-bərpa işlərini yekunlaşdırıb.
Президент РФ Владимир Путин анонсировал еще один крупный шаг на гуманитарном направлении в обмене пленными между Россией и Украиной. Он озвучил это в ходе встречи с американскими переговорщиками Стивом Уиткоффом и…
По словам Путина, для разминирования территории в районе Константиновки перед началом гуманитарной миссии потребуется пять суток.
В Москве проходит встреча президента России Владимира Путина со спецпосланниками американского лидера Стивом Уиткоффом и Джаредом Кушнером.
Речь идет о попытках отдельных политических сил разжечь межнациональный конфликт между кыргызами и узбеками на юге страны.
Президент Украины Владимир Зеленский заявил, что рассчитывает на дополнительную поддержку Азербайджана для обеспечения работы критической инфраструктуры и логистики страны в преддверии зимы. Об этом он...
Noyabrın 13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
В Азербайджанском государственном академическом национальном драматическом театре начались репетиции нового спектакля "Главная роль для двух актрис", поставленного по одноименной пьесе заслуженного деятеля искусств…
Хорватия заинтересована в импорте природного газа из Азербайджана, который уже является одним из поставщиков нефти на хорватский рынок.
В связи с ожидаемой ветреной погодой 13 ноября в Баку и на Абшеронском полуострове, а также в некоторых районах Азербайджана объявлено желтое предупреждение. Как передает Day.Az, об этом сообщила Национальная служба…
Президент ФИФА Джанни Инфантино предположил, что будущая величайшая звезда мирового футбола может оказаться среди участников чемпионата мира и фестиваля U15, который проходил в Баку с 24 по 30 октября.
Yakov Milatoviç
Hadisə
Andrey Babiş