Toyda dəvəyə içki verdilər: Bəy həbs olundu

İsrail polisi Hebron şəhərində bəyi və toy mərasiminin üç qonağını saxlayıb.

Buna səbəb sosial şəbəkələrdə yayılan və kişilərin dəvəyə enerji içkisi içirməyə çalışdığını əks etdirən görüntülər olub. Hadisə ilə bağlı “Yediot Ahronot” nəşri məlumat yayıb.

Videoda kişilərin dəvənin ağzına maye tökdüyü, heyvanın içkini geri qaytarmağa çalışdığı zaman isə iştirakçılardan birinin onu çubuqla vurduğu görünür.

Görüntülər sosial şəbəkə istifadəçilərinin, xüsusilə Negev səhrasında yaşayan bədəvilərin və fələstinlilərin kəskin etirazına səbəb olub. Onlar üçün dəvə qəbilə kimliyinin simvollarından biri hesab olunur.

Məlumata görə, saxlanılanlar arasında 26 və 27 yaşlı iki qardaş, həmçinin 53 və 59 yaşlı kişilər var. Dörd nəfərin hamısı dindirilmək üçün polis bölməsinə aparılıb.