“Siti” elitanı tərk etsə, Haaland bu komandaya keçəcək - "Real" deyil

İngiltərə millisinin və “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Pol Skoulz “Mançester Siti”nin Premyer Liqadan düşəcəyi təqdirdə həmyerlisi Erlinq Halandın “Barselona”da peyda olacağına inanır.

“The Touchline” Skoulzdan sitat gətirib:

“Əgər “Siti” Premyer Liqadan düşərsə, düşünürəm ki, Haaland “Barselona”ya gedəcək. O, “Real Madrid” oyunçusuna oxşayır, onu bu formada görə bilərəm, amma çox güman ki, “Barselona”da oynayacaq. Atası işləri yoluna qoymasa, təəccüblənərdim”.

Haalandın “şəhərlilər”lə müqaviləsi 2034-cü ilin iyun ayının sonunda başa çatır. 26 yaşlı skandinaviyalı oyunçunun bazar dəyəri 220 milyon avrodur.