Fransalı hərbçi Makronun yanında huşunu itirdi (VİDEO)

Fransa Prezident Administrasiyasının fəxri qarovul dəstəsinin hərbçisi Fransa Prezidenti Emmanuel Makronun yanında huşunu itirib.

Bu barədə "Reuters" məlumat yayıb.

Hadisə noyabrın 11-də Slovakiya Prezidenti Peter Pelleqrininin Parisdə təntənəli qarşılanması zamanı baş verib.

Nəşrin məlumatına görə, hərbçilərdən biri qəfil müvazinətini itirərək qılıncını aşağı salıb və yerə yıxılıb. Nəşr onun huşunu itirdiyini ehtimal edir.