Nyu-Yorkda bina çökdü: ÖLƏNLƏR VAR…

ABŞ-ın Nyu-York şəhərindəki binanın çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

Bu barədə yanğınsöndürmə komissarı Lillian Bonsinore bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində yeddi uşaq da daxil olmaqla 19 nəfər yaralanıb.

Yaralılardan dördünün vəziyyəti ağır, 12 nəfərin vəziyyəti isə sabitdir.//Globalinfo.az