Kuşner Avropanın danışıqlarda iştirakının vacibliyini vurğulayıb

Vaşinqton Ukrayna münaqişəsinin həlli üçün avropalıları danışıqlar prosesinə cəlb etmək istəyir.

Bu barədə ABŞ-nin xüsusi elçisi Cared Kuşner Əbu-Dabidə başa çatan üçtərəfli danışıqları şərh edirkən “Politico” qəzetinə deyib.

"“Avropalıların danışıqlar masasında əyləşməsinə ehtiyacımız var”, - deyə o bildirib.

Onun sözlərinə görə, Vaşinqton Moskva ilə dəfələrlə avropalıların danışıqlarda iştirakının zəruri olduğunu müzakirə edib.

“Əgər Avropa öz adından çıxış edəcək bir nəfəri müəyyənləşdirə bilsəydi, bu, rusiyalıları onları danışıqlar prosesinə daxil etməyə inandırmaqdan daha böyük nailiyyət olardı”, - deyə o qeyd edib.