Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-ya istinadən, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, "Toyota" markalı avtomobilin aşması nəticəsində 1995-ci il təvəllüdlü Eşqin Abbasov və 1995-ci il təvəllüdlü Elgün Abbasov ölüb, 1994-cü il təvəllüdlü R. Səfərov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.