Bakı, 12 noyabr, AZƏRTAC ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda köməkçilərinə vitse-prezident Cey. Di. Vensin Tehranla münaqişənin nizamlanması üzrə birbaşa danışıqları bərpa etmək istəyinə etiraz etmədiyini bildirib.AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrinə istinadən məlumat yayıb.Nəşrin məlumatına görə, oktyabr ayında Vens İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə görüşün təşkili təklifi ilə məktub göndərib.Hələlik görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunmayıb. Bununla belə, müzakirələr vasitəçilər üzərindən davam etdirilir.Qəzetin mənbələrinin bildirdiyinə görə, Venslə İran rəsmiləri arasında görüş barədə razılıq əldə ediləcəyi təqdirdə, danışıqların növbəti mərhələsinin Dohada keçirilməsi variantı nəzərdən keçirilə bilər.Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl Venslə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi arasında görüşün planlaşdırılmadığını, bununla bağlı yayılan məlumatların əsassız olduğunu bildirib.
WSJ: Tramp Vensin İranla dialoqu bərpa etmək cəhdlərinə etiraz etməyib
Mənbə: azertag.az/xeber/wsj_tramp_vensin_iranla_dialoqu_berpa_etmek_cehdlerine_etiraz_etmeyib-4505763