İspaniyanın paytaxtı Madridin mərkəzində ən azı 120 min insanın iştirakı ilə nümayiş keçirilib.
Bu barədə Madrid muxtar icmasının nümayəndəliyi məlumat yayıb.
Əlverişsiz hava şəraitinə baxmayaraq, nümayiş Madridin dəmiryol vağzalı yaxınlığında başlayıb. Etiraz zamanı şüarlardan biri "Əmək haqqı. Mənzil. Qiymətlər" olub. Oxşar nümayişlərin ölkənin digər şəhərlərində də keçirilməsi planlaşdırılır.