Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-də Azərbaycan pavilyonunda olub.

Pavilyonla tanış olan Leyla Əliyevaya burada nümayiş etdirilən stendlər və təqdim edilən layihələr barədə məlumat verilib.

Xatırladaq ki, pavilyonda Azərbaycanın şəhərləri, təbiəti, iqlimi, təhsil və səhiyyə sistemləri, turizm imkanları, nəqliyyat infrastrukturu barədə məlumatlar qabaqcıl texnoloji imkanlar vasitəsilə təqdim olunur. Burada ziyarətçilər Azərbaycanın milli mətbəx nümunələrindən də dadırlar.