Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Balakən rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:00-dan işlər başa çatanadək Balakən şəhərinin, 26 kəndin və bir qəsəbənin qaz təchizatı dayandırılacaq.