Xocalı, 11 noyabr, AZƏRTAC 1988-ci ildə doğma kəndini tərk etmək məcburiyyətində qalan Hüseyn Əzimov ailəsi ilə birlikdə yenidən Ballıcaya qayıdıb. Uşaqlığı və gəncliyi keçən, ailə qurduğu, ilk övladının dünyaya gəldiyi bu torpaqda indi üç oğlu və üç nəvəsi ilə yaşayır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, illərlə həsrətində olduğu doğma yurdda özünə yeni həyat quran Hüseyn Əzimov həyətyanı sahəsində tərəvəz becərir, toyuq-cücə saxlayır, arıçılıqla məşğul olur. Onun sözlərinə görə, doğma torpaqda yaşamaq, öz zəhməti ilə təsərrüfat qurmaq insana xüsusi sevinc verir. Hüseyn Əzimov 1965-ci ildə Ballıca kəndində anadan olub. Uşaqlığı və gəncliyi bu kənddə keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra atasının onun üçün tikdiyi evdə yaşamağa başlayıb, 1986-cı ildə ailə həyatı qurub. Böyük oğlu da elə həmin evdə dünyaya gəlib. Lakin 1988-ci ildə ailəsi ilə birlikdə doğma kəndini tərk etmək məcburiyyətində qalıb. Çay süfrəsi arxasında söhbətimiz zamanı keçmiş günləri xatırlayan Hüseyn Əzimov bildirir ki, illərlə yaşadığı evdən, doğma kəndindən ayrılmaq onun üçün çox ağır olub. Buna baxmayaraq, yurda qayıdacağına olan ümidi heç vaxt tükənməyib. Ailəsi əvvəlcə Xocalı şəhərində məskunlaşıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı faciəsi isə onun həyatında silinməz izlər buraxıb. Həmin gecə Hüseyn Əzimov valideynlərini və bir çox yaxın qohumunu itirib. Faciədən sonra üç qardaşı ilə birlikdə silaha sarılıb, sonralar polis orqanlarında xidmət edib və təqaüdə çıxıb. Məcburi köçkünlük illərində ailə əvvəlcə Oğuz rayonunda, daha sonra Gəncədə, Hacıkənddə və digər yaşayış məntəqələrində məskunlaşıb. Yaşadıqları ünvanlar dəyişsə də, doğma Ballıcaya qayıtmaq arzusu dəyişməyib.Hüseyn Əzimov deyir ki, bu gün onun üçün ən böyük xoşbəxtlik yenidən doğulduğu torpaqda, ata ocağında yaşamaqdır. 1988-ci ildə kənddən ayrılarkən cəmi bir övladı vardısa, indi üç oğlu və üç nəvəsi ilə doğma yurda qayıdıb. Onun sözlərinə görə, qayıdışın ən böyük sevinclərindən biri də nəvələrinin vaxtilə özünün təhsil aldığı məktəbdə oxumasıdır. “Bundan gözəl nə ola bilər? Mən buradan gedəndə 23 yaşım var idi. İndi üç oğlum, üç nəvəmlə qayıtmışam. Mənim oxuduğum məktəbdə bu gün nəvələrim oxuyur. Bugünkü günümüzə çox şükür”, – deyə kənd sakini sevincini bölüşür.Hüseyn Əzimov ata evinin yerində indi əvvəlki həyatdan çox az iz qaldığını deyir. Vaxtilə səkkizotaqlı, ikimərtəbəli olan ev dağıdılıb, yandırılıb. Həyətdəki ağacların da əksəriyyəti məhv edilib. İndi həmin həyətdə yalnız bir tut və bir qoz ağacı qalıb. O, bu ağacları keçmişlə bu günü birləşdirən xatirə kimi dəyərləndirir. Kəndə qayıtdıqdan sonra təsərrüfat işlərinə də başlayan Hüseyn Əzimov tövlə tikib, arıçılıqla məşğul olur. Bildirir ki, kənd həyatının əsasını torpaqla işləmək, mal-qara saxlamaq və öz zəhməti ilə dolanmaq təşkil edir. Hazırda dövlətin özünüməşğulluq proqramı çərçivəsində ailəsinə heyvan verilməsini gözləyir. Bunun təsərrüfatını genişləndirməyə və ailəsinin güzəranını yaxşılaşdırmağa kömək edəcəyini düşünür. Ailənin xanımı Rahilə Əzimova da doğma kəndə qayıdışın sevincini yaşayır. O, kənd həyatını həmişə sevdiyini, bu yerlərə yenidən dönməyi arzuladığını söyləyir. İndi öz evlərində, öz həyətlərində yaşamaqdan məmnundur. Toyuq-cücə saxlayır, çörəyini özü bişirir, həyətyanı sahədə kartof, lobya, xiyar və pomidor becərir. Əzimovlar ailəsi üçün Ballıcaya qayıtmaq təkcə doğma yurdda yaşamaq deyil. Bu, illərlə həsrətində olduqları torpaqda yenidən həyat qurmaq, övladlarının və nəvələrinin gələcəyini burada görmək, ata-baba yurdunun ocağını yenidən yandırmaq deməkdir. Müxbir – Tahir Ağaməmmədov
Bu gün
2145 xəbər bu gün
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 26 milyard 142,5 milyon manat olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə…
Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Legion Financial" ASC-nin 1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların yerləşdirilməsi üzrə hərrac…
İngiltərənin "Mançester Siti" komandasının futbolçusu Rayan Ait-Nuri qış transfer dönəmində klubunu dəyişə bilər. "Sport.es" nəşrinə istinadən, İtaliyanın "Yuventus" və İspaniyanın "Barselona" klubu 25 yaşlı müdafiəçi…
Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib. Bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, komissiyanın yeni sədri baş nazirin müavini Teymur Musayev olub. Qeyd…
Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib. "Report"un Dublinə ezam olunan müxbirinin verdiyi…
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlara, xüsusilə elektrik avadanlıqlarının təchizatı məsələsində dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü…
Ölkəmizdə ərzaq təminatının gücləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə töhfə verən "Azərsun Holdinq" yerli fermerlərdən zeytun tədarükünü davam etdirir. Kənd təsərrüfatının müxtəlif istiqamətlərində…
Avropa İttifaqı (Aİ) təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirərək, birliyin və Avropa qitəsinin hüdudlarından kənarda tərəfdaşlıq münasibətləri qurmağa hazırdır. "Report"un Dublinə ezam olunmuş əməkdaşı xəbər verir…
"AFG Retail", "Cenomi Retail" brendini əvəz edərək, şirkətin pərakəndə satış sahəsində otuz ildən artıq liderlik təcrübəsinə əsaslanan strateji inkişafının və diversifikasiyalı böyüməsinin növbəti mərhələsini əks…
Hazırda diqqəti Rusiyanın müxtəlif beynəlxalq razılaşmalar çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirməsinin təmin edilməsinə cəmləmək lazımdır. "Report"un Dublinə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə…
Azərbaycan Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün…
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 29 milyon 792,3 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə…
Bakı, 12 noyabr, AZƏRTAC Azərbaycan təmsilçisi Xalid Məmməd Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.AZƏRTAC xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində…
Bakı, 12 noyabr, AZƏRTAC Azərbaycan ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara…
Bakı, 14 noyabr, AZƏRTAC Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə Rusiya, Belarus, Qazaxıstan və Özbəkistandan olan 30-dan çox turizm şirkəti nümayəndəsinin iştirakı ilə Azərbaycana sağlamlıq turizmi üzrə…
Bakı, 12 noyabr, AZƏRTACAğır çəkidə boksçular Tayson Fyuri və Entoni Coşua arasında keçiriləcək qarşılaşmanın proqramına daxil olan döyüşlər müəyyənləşib.AZƏRTAC “Netflix”in rəsmi saytına istinadən xəbər verir ki…
Dublin, 12 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəldi.AZƏRTAC…
Bakı, 12 noyabr, AZƏRTACSon günlər havanın soyuması ilə əlaqədar istilik mövsümünə hazırlıq işləri daha da aktuallaşıb. Paytaxtın müxtəlif ərazilərində yerləşən qazanxanalarda son hazırlıq tədbirləri həyata keçirilir…
Pekin, 12 noyabr, AZƏRTAC Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun noyabrın 13-14-də Çinə səfəri zamanı çinli həmkarı Van İ ilə Şimali Koreyaya dair məsələləri və ikitərəfli münasibətləri müzakirə edəcək.AZƏRTAC…
Bakı, 12 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının ən ali hüquqi sənədi olan Konstitusiyanın qəbulundan 31 il ötür. Konstitusiya yalnız dövlət və cəmiyyət həyatının hansı hüquqi prinsiplər əsasında təşkil olunmalı…
Dublin, 12 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 9-cu…
Bakı, 12 noyabr, AZƏRTACTacikistan 2027-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik edəcək.AZƏRTAC Tacikistanın Xovar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə noyabrın 11-də…
Bakı, 12 noyabr, AZƏRTAC Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 11-də və 12-də Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib…
Bakı, 12 noyabr, AZƏRTAC Azərbaycanda təxminən 2500-ə yaxın məscid var. Amma bizim təyin edilmiş din xadimlərimizin sayı təxminən 1300 nəfərdir. Bu isə o deməkdir ki, təxminən 1000 məsciddə din xadimi fəaliyyət…
Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərara əsasən, komissiyanın yeni sədri baş nazirin müavini Teymur Musayev olub.Qeyd…
Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərara əsasən, komissiyanın yeni sədri baş nazirin müavini Teymur Musayev olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin …
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağla bağlı yaranmış vəziyyətdə öz fəaliyyətini tam olaraq nizamnamə sənədləri çərçivəsində qurub. İrəvanın təşkilatın bu tutumuna görə əsassız olaraq inciməsi isə…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısında iştirak…
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 11-də və 12-də Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.
Ölkəmizdə ərzaq təminatının gücləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə töhfə verən "Azərsun Holdinq" yerli fermerlərdən zeytun tədarükünü davam etdirir. Kənd təsərrüfatının müxtəlif istiqamətlərində…
Azərbaycan Konstitusiyasının beynəlxalq hüququn mütərəqqi prinsiplərinə əsaslanması ölkənin demokratik inkişaf istiqamətini nümayiş etdirir.
Dövlət suverenliyi hər bir müstəqil ölkənin siyasi iradəsini sərbəst həyata keçirməsinin və milli maraqlarını qorumasının əsas şərtidir.
Tacikistan 2027-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik edəcək. Tacikistanın Xovar informasiya agentliyinə istinadla, bu barədə noyabrın 11-də Moskvada keçirilən KTMT Kollektiv Təhlükəsizlik…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısında iştirak…
“The Economist” nəşri Nvidia şirkətinin rəhbəri Censen Huangın istefaya getməli olduğunu yazıb. Nəşrin məlumatına görə, Huangın Megaspeed şirkətinin rəhbəri Elis Huangla nikahdankənar münasibəti və həmin şirkətin Çinə…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısında iştirak…
Milli Məclisin Mədəniyyət komitəsi ictimai müzakirə keçiriləcək. Müzakirə noyabrın 13-də baş tutacaq. İctimai müzakirədə Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn…
Rusiyalı qarışıq döyüş növləri (MMA) idmançısı Usman Nurmaqomedovun Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə gürcüstanlı UFC döyüşçüsü Merab Dvalişviliyə hücum etməsi ciddi hüquqi nəticələrə səbəb ola bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak…
ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif…
Ölkəmizdə ərzaq təminatının gücləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə töhfə verən “Azərsun Holdinq” yerli fermerlərdən zeytun tədarükünü davam etdirir. Kənd təsərrüfatının müxtəlif istiqamətlərində…
“Mançester Yunayted” rəhbərliyi Didye Deşamı komandanın başında görmək istəyib. Lakin fransalı mütəxəssis ingilislərin təklifini qəbul etməyib. “Daily Mirror” qəzetinin xəbərinə görə, Deşam qarşı tərəfə MY-ni…
Bakıda yanıq xəsarətləri alan şəxs ölüb. Hadisə dünən saat 14 radələrində Xəzər rayonu Binə qəsəbəsində baş verib. Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Xanəli Məmməd oğlu İsmayılov termiki yanıq xəsarəti ilə xəstəxanaya…
Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yol hərəkətinin təşkili sakinlər üçün ciddi narahatlığa çevrilib. Sakinlərin sözlərinə görə, evlərinə avtomobillə qayıtmaq istəyən sürücülər yoldakı bütöv xətt səbəbindən sola…
“Təhminə və Zaur” filmindəki Təhminə ilə taleyimiz oxşayır. Həyat yollarımız, çəkdiyimiz əziyyətlər, özümüzü olduğumuz kimi qəbul etdirməkdə yaşadığımız çətinliklər. O, film qəhrəmanıdır, mən isə real insan. Azadlıq…