Paşinyan da Antalyaya gəldi – VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfərə gəlib.

Paşinyan səfər barədə “Facebook” səhifəsində məlumat verib və video paylaşıb.

Qeyd edək ki, Baş nazir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Antalyada keçiriləcək liderlər sammitində iştirak edəcək.

Səfər çərçivəsində xarici həmkarlarla ikitərəfli görüşlər də planlaşdırılır.