Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi

Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə keçirilən danışıqlar çərşənbə günü Bakı vaxtı ilə saat 12:00-da davam edəcək.

Bu barədə TASS agentliyi mənbəyə istinadla məlumat yayıb.

Yerli vaxtla tədbir saat 11:00-da başlayacaq.

Noyabrın 10-da Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların ilk günü keçirilib. Danışıqlar noyabrın 11-də davam etdiriləcək.

“RBK-Ukrayna”nın məlumatına görə, danışıqların ilk günündə Ukrayna üçün təhlükəsizlik təminatları, Avropanın gələcək təhlükəsizlik arxitekturası və genişmiqyaslı əsir mübadiləsi müzakirə olunub.

Zelenski Əbu-Dabidəki danışıqların ilk gününü “konstruktiv və kifayət qədər məzmunlu” adlandırıb. O, həmçinin tərəflərin əsir mübadiləsini, Ukrayna üçün təhlükəsizlik təminatlarını və “mümkün humanitar addımların parametrlərini” müzakirə etdiklərini bildirib.

ABŞ dövlət katibi Marko Rubio danışıqları çox məhsuldar adlandırsa da, qarşıda hələ görüləsi çox iş olduğunu vurğulayıb.