İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyədə Antalya Beynəlxalq Hava Limanında fəxri qarovul dəstəsinin iştirakı ilə təntənəli şəkildə qarşılanıblar.

Həmin görüntüləri təqdim edirik: