Bolqarıstanın Varna şəhərinin sakinləri Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin səfərinə etiraz aksiyası keçiriblər.
Hərbi Dəniz Akademiyasına doğru hərəkət edən kortejin yanından keçən etirazçılar “Varna sülh istəyir” və “Ursula, Bolqarıstandan get” şüarları səsləndiriblər.
Etirazçılar şəhərin müharibənin təhrikçisinə çevrilməməli olduğunu bildirərək kortejə yumurta, tərəvəz və meyvələr atıblar.