Bərdə rayonunda 40 yaşlı kişinin meyiti yaşadığı evdə tapılıb.
Teleqraf.az-a istinadən, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma başlanılıb.