Rusiyada universitetlərə xəbərdarlıq edildi

"Rosobrnadzor" məcburi təhsil tələblərini pozma riski ilə əlaqədar Rusiyanın beş aparıcı universitetinə rəsmi xəbərdarlıq edib.

Bu barədə Agentlik məlumat yayıb.

Siyahıya Kalininqrad Dövlət Texniki Universiteti, ITMO Universiteti, K. G. Razumovski adına Moskva Dövlət Texnologiya və İdarəetmə Universiteti (Birinci Kazak Universiteti), Moskva Fizika və Texnologiya İnstitutu (Milli Tədqiqat Universiteti) və Admiral G. I. Nevelskoy adına Dənizçilik Dövlət Universiteti daxildir.

Universitetlərin hansı səbəbdən xəbərdarlıq aldıqları qeyd olunmayıb. (Unikal)