Ukraynada bütün abortların qadağan olunması təklif edilir

Ukraynada bəzi istisnalarla hamiləliyin bütün mərhələlərində abortların qadağan olunmasını nəzərdə tutan petisiya qeydə alınıb.

Yerli mediaya istinadən, təşəbbüs Ukrayna Nazirlər Kabinetinin elektron petisiyalar saytında yerləşdirilib.

Petisiya müəllifi hazırda hamiləliyin 12-ci həftəsinədək aborta icazə verən qaydaya yenidən baxılmasını istəyir. O, bu həddin Ukrayna Konstitusiyası ilə müəyyən edilmədiyini, sovet qanunvericiliyindən qaynaqlandığını əsas gətirir.

Müəllif aborta yalnız qadının həyatı və sağlamlığı üçün təhlükə yarandıqda, döldə ağır inkişaf qüsurları aşkarlandıqda və ya hamiləlik zorlama nəticəsində baş verdikdə icazə verilməsini təklif edir.

Təşəbbüs petisiya xarakteri daşıyır və qadağanın qəbul edilməsi demək deyil.