Fransa kiberhücuma görə İranın səfirini XİN-ə çağırıb

Fransa bu gün İranın Parisdəki səfirini kiberhücum iddiaları ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırıb.

Bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, Fransa İranı ölkədə yüzlərlə supermarketdə soyuducuların fəaliyyətini dayandıran kiberhücumda ittiham edib.

Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Paris bu hücuma cavab olaraq özünün kiber vasitələrindən istifadə edə bilər.

Qeyd edək ki, oktyabrın 11-dən 12-nə keçən gecə Fransanın müxtəlif bölgələrində yüzlərlə supermarket SEPAH-ın rəqəmsal bölməsi ilə əlaqəli olduğu ehtimal edilən kiberhücuma məruz qalıb. Hücum nəticəsində mağazaların soyuducu sistemlərinin fəaliyyəti pozulub və saxlanılan ərzaq məhsulları xarab olub. Bəzi mağazalar yüz minlərlə avro məbləğində zərərlə üzləşdiklərini açıqlayıblar.