Qubada 30 yaşlı kişi dəm qazından boğularaq həyatını itirib

Quba rayonunun İkinci Nügədi kəndində dəm qazından zəhərlənmə nəticəsində ölüm hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Rəhim Yüzbaşıyev dəm qazından boğularaq həyatını itirib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu