20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edildi

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

AFFA-dan Moderator.az-a verilən məlumata görə, MOİK-in qapıçısı Elbrus Kərimovun əvəzinə "Sabah"ın qapıçısı Rüstəm Yarəhmədov kollektivə cəlb edilib.

Qeyd edək ki, U-20 noyabrın 15-dək Qəbələdə, ayın 16-dan 21-dək Bakıda təlim-məşq toplanışında olacaq.