Kușner: ABŞ Rusiya ilə Ukrayna arasında fikir ayrılıqlarının aradan qaldırılması yollarını müəyyən edib

ABŞ Rusiya və Ukrayna arasında mövcud fikir ayrılıqlarının azaldılması və danışıqlarda irəliləyiş əldə olunması üçün mümkün yollar müəyyən edib.

Bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner Əbu-Dabidə bildirib.

“Düşünürəm ki, biz həqiqətən də irəliləyiş əldə etməyin mümkün olduğu məsələlər üzrə fikir ayrılıqlarını müəyyənləşdirib azaltmağa nail olmuşuq. Onları aradan qaldırmaq üçün yaxşı ideyalarımız var”, – Kuşner qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton tərəflər arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində işləyir.