Rusiyada Azərbaycan yeməkləri ilə xidmət göstərən məşhur restoran satışa qoyulub.
Söhbət Kurqan şəhəri, Qoqol küçəsi, 98a ünvanında yerləşən “Versal” restoran-hotel kompleksindən gedir.
Məlumata görə, obyektin sahibi hazır biznesi 265 milyon rubla (5 milyon 596 min manat) satmaq istəyir.
Dördmərtəbəli binanın ümumi sahəsi 1700 kvadratmetrdir.
2019-cu ildən fəaliyyət göstərən kompleksə 30 hotel nömrəsi, restoran və qapalı avtomobil dayanacağı daxildir.
Restoranda Avropa və Azərbaycan mətbəxinin müxtəlif təamları təqdim olunur.