Ankara, 9 noyabr, AZƏRTAC Türkiyənin İzmir vilayətində metallurgiya zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi brifinqdə bildirib. Dövlət başçısının sözlərinə görə, Aliağa rayonunda fəaliyyət göstərən “ABAŞ Demir Çelik A.Ş” şirkətinə məxsus zavodda baş verən şiddətli partlayış nəticəsində 16 nəfər ölüb, 13 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.Daxili işlər naziri Mustafa Çiftçi və energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkə başçısına faciə ilə bağlı məruzə ediblər.Prezident Ərdoğan partlayışla bağlı hadisələri yaxından izlədiyini vurğulayıb. Ramin Abdullayev AZƏRTAC-ın xüsusi müxbiri Ankara