Gəncədə kuryer motosikleti avtobusla toqquşdu - Foto

Gəncədə motosiklet hərəkətdə olan avtobusla toqquşub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ozan küçəsində baş verib.

"Baku Bus"-a məxsus sərnişin avtobusunun motosiklet sürən kuryerlə toqquşması nəticəsində kuryer, 2004-cü il təvəllüdlü R.Paşayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu.