Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib.
Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.
Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçusu Ağadadaş Salyanski milliyə dəvət olunub.