Rusiya Ermənistana göndərilən qazın qiymətini qaldıracaqmı? - Erməni nazirdən açıqlama

Ermənistan İrəvanın Avropa İttifaqı ilə yaxınlaşmaq planlarının iqtisadi nəticələri və ölkəyə tədarük olunan Rusiya qazının qiymətinin mümkün artımı ilə bağlı Rusiya Energetika Nazirliyinin məktubuna cavab verib.

Bu barədə Ermənistanın ərazi idarəetmə naziri Xudatyan bildirib.

O, cavab məktubunun təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın energetika naziri Sergey Tsivilyov məktubunda İrəvanın Avrasiya İqtisadi İttifaqından Avropa İttifaqına keçəcəyi təqdirdə Rusiyanın Ermənistana qazı əvvəlki qiymətlə tədarük edə bilməyəcəyini vurğulayıb.