Çinin Şansi əyalətinin Tayyuan şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 14 nəfər həyatını itirib.
Bu barədə “Xinhua” agentliyi səlahiyyətli qurumlara istinadən məlumat yayıb.
Məlumata görə, yanğın Tayyuan şəhərinin Lyusyan Cənub küçəsində yerləşən binada baş verib.
Yanğının bir gün əvvəl başladığı bildirilib.