ABŞ Prezidenti Donald Tramp İranla müharibə zamanı Vaşinqtonun müdafiə etdiyi ölkələrin Amerika tərəfinin bütün hərbi xərclərini ödəməli olduğunu bildirib.
Tramp bu barədə “CBS News” telekanalına müsahibəsində danışıb.
"Bizim müdafiə etdiyimiz ölkələr müharibə zamanı çəkdiyimiz bütün xərcləri istisnasız olaraq ödəməlidir. Çünki biz olmasaydıq, onların mövcudluğu belə mümkün olmazdı. Biz olmasaydıq, İsrail də olmazdı", - Tramp deyib.