“Azər-Türk Bank” ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib.
Qafqazinfo.az-a istinadən, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib.
Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinci Qarabağ müharibəsi veteranıdır.