Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib.
***
Azərbaycanın 8 Noyabr - Zəfər Günü bayramı münasibətilə Türkiyənin paytaxtı Ankarada məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılır.
İstanbulun məşhur körpüsü də Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.