İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi

Azərbaycan vətəndaşı Rusiyada qəfil vəfat edib.

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd sakini Rahil Həsənov Moskva şəhərində qəfil dünyasını dəyişib.

İlkin məlumata görə, o, ürək çatışmazlığından vəfat edib.

Mərhumun nəşi doğma rayonuna gətirilib və orada dəfn olunub. Məlumata görə, Rahil Həsənov Rusiyaya işləmək məqsədilə gedibmiş.