Tbilisi, 8 noyabr, AZƏRTAC Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri Gürcüstan mediasının diqqət mərkəzində olub. AZƏRTAC xəbər verir ki, Gürcüstanın aparıcı televiziya kanalları, xəbər agentlikləri və biznes nəşrləri səfərin gedişini operativ şəkildə işıqlandırıb, Azərbaycan Prezidenti ilə Türkiyə Prezidentinin Şuşadakı görüşü və səsləndirdikləri mesajları ayrıca xəbərlərlə təqdim ediblər.Gürcüstanın Birinci Kanalı 1TV noyabrın 8-də Türkiyə Prezidentinin Azərbaycana səfəri barədə materialda Füzuli Beynəlxalq Hava Limanında qarşılanma mərasimi, daha sonra Şuşada keçirilən rəsmi qarşılanma mərasimi və səfərin 8 Noyabr - Zəfər Günü ilə eyni vaxta təsadüf etməsini diqqətə çatdırıb.Kanal daha sonra Azərbaycan Prezidenti ilə Türkiyə Prezidentinin birgə mətbuat konfransındakı çıxışlarını ayrıca materialla yayımlayıb. Dərc olunan xəbərin başlığında Türkiyə Prezidentinin Azərbaycanın regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində səylərini dəstəkləməsi önə çıxarılıb. Materialda Azərbaycan Prezidentinin Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olması barədə fikirlərinə də yer verilib.Gürcüstanın nüfuzlu xəbər agentliklərindən olan “InterpressNews” da səfəri geniş işıqlandırıb. Agentliyin yayımladığı xəbərdə Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri, Şuşadakı qarşılanma mərasimi və iki dövlət başçısının mətbuata açıqlamaları barədə məlumat verilib. Xəbərdə, həmçinin Azərbaycan Prezidenti ilə Türkiyə Prezidentinin Xocalı soyqırımı memorialını ziyarət etdiyi qeyd olunub.Qryd edək ki, gürcü mediasının səfərə marağı yalnız noyabrın 8-də başlamayıb. Səfərdən üç gün əvvəl, noyabrın 5-də 1TV Türkiyə Prezidentinin Azərbaycanla münasibətlər barədə açıqlamalarını ayrıca xəbər kimi yayıb. Materialın başlığında iki ölkə arasındakı münasibətlərin adi diplomatik əlaqələrdən daha geniş olduğu və mövcud qardaşlıq münasibətlərinin istənilən maneəni aşa biləcəyi barədə mesaj önə çıxarılıb. 1TV həmin xəbərdə Türkiyə Prezidentinin Azərbaycanla münasibətlərdə böhran olmadığını bildirməsini də vurğulayıb.Eyni açıqlama “InterpressNews”un da diqqət mərkəzində olub. Agentlik noyabrın 5-də “Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın aşa bilməyəcəyi heç bir maneə yoxdur” fikrini başlığa çıxarıb. Bundan başqa, Gürcüstanın “Adjara TV” və “Radio Tavisupleba” kimi media resursları da Türkiyə Prezidentinin Azərbaycana səfərini, Şuşada keçirilən görüşü və Azərbaycan-Türkiyə münasibətlərinin regional əhəmiyyətini öz materiallarında işıqlandırıb.Beləliklə, Gürcüstan mediasının yanaşmasında səfərin iki mühüm istiqaməti diqqəti cəlb edir. Birinci istiqamət Azərbaycan və Türkiyə arasındakı strateji münasibətlər, iki dövlət başçısının səsləndirdiyi birlik və həmrəylik mesajlarıdır. İkinci istiqamət isə bu münasibətlərin Cənubi Qafqazda sülh, təhlükəsizlik və regional proseslər baxımından əhəmiyyətidir.Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, gürcü nəşrləri səfəri yalnız protokol tədbiri kimi təqdim etməyib. Türkiyə Prezidentinin səfərdən əvvəl verdiyi açıqlamalar da ayrıca gündəmə gətirilib, daha sonra səfərin özü, Şuşadakı rəsmi qarşılanma, iki dövlət başçısının görüşü və mətbuat konfransındakı çıxışları ardıcıl şəkildə işıqlandırılıb.Azərbaycan Prezidentinin çıxışından Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığı, iki ölkənin müharibə dövründəki həmrəyliyi və münasibətlərin gələcək inkişafı ilə bağlı fikirlər ön plana çıxarılıb. Türkiyə Prezidentinin çıxışında isə Azərbaycanın regionda uzunmüddətli sülh yaratmaq istiqamətində səylərinə dəstək, Qarabağın bərpası və Cənubi Qafqazda yeni dövrün formalaşması ilə bağlı mesajlar gürcü mediasının diqqət yetirdiyi əsas məqamlar olub.Gürcü mediasının bu səfərə yanaşması göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri Tbilisinin informasiya gündəmində yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, həm də Cənubi Qafqazdakı regional proseslər fonunda izlənilir. Səfərin Zəfər Günü ilə eyni vaxta təsadüf etməsi, Şuşada keçirilməsi və iki ölkə prezidentinin regionda sülh və əməkdaşlıqla bağlı mesajları isə gürcü nəşrlərinin materiallarında xüsusi yer tutub. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi
Bu gün
145 xəbər bu gün
Dörd bürc əlaməti rahatlıq hiss edə və yeni bir perspektiv qazana bilər. Astroloqların "kazimi" və ya "Günəşin ürəyi" adlandırdığı Veneranın Günəşlə birləşməsi, planetin geriləmə hərəkəti zamanı dönüş nöqtəsini…
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Poltava vilayəti
Noyabr ayı bəzi bürclər üçün dəyişikliklər və yeni imkanlarla yadda qala bilər. Astroloji proqnozlara görə, Şir, Əqrəb, Tərəzi və Qoç bürclərinin nümayəndələrini karyera, münasibətlər və şəxsi inkişaf sahəsində…
Bakı, 9 noyabr, AZƏRTAC Qarabağın azad edilməsi Azərbaycan tarixinin ən mühüm hərbi-siyasi hadisələrindən biridir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam etmiş və Azərbaycan Ordusunun qələbəsi…
İtaliya A Seriyasının 11-ci turu "Fiorentina" və "Yuventus" komandaları arasında keçirilən matçla başa çatıb.
Dünyada su ehtiyatları uğrunda mübarizə dövlətlər arasında gərginliyi artırır. Asiyanın iki qüdrətli dövləti - Hindistan və Çin arasında da su ilə bağlı illərdir gərginlik yaşanır. Dünyanın əhalisi ən çox olan iki ölkəsi…
"Maklaren" komandasının britaniyalı pilotu Lando Norris "Formula-1" üzrə dünya çempionatının 20-ci mərhələsi olan Braziliya Qran-prisinin qalibi olub.
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. Tədbirlərin əsas məqsədi tarixi Zəfərin…
По случаю 8 Ноября - Дня Победы в турецких городах Стамбул и Бурса выразили уважение к государственному флагу Азербайджана. Как передает Day.Az, Галатская башня, являющаяся одним из исторических символов Стамбула, а…
Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası…
На юге Ирана произошло несколько взрывов, в Ормузском проливе и прилегающих водах зафиксированы инциденты с судами. Со ссылкой на Reuters, взрывы были слышны на иранском острове Кешм и в порту Джаск.
İlham Əliyev
Ağsaqqallar Şurasının sədri
Amerikanın İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah göndərilməsinin qarşısını almaq üçün yaradılan "Iron Gate" (Dəmir Qapı) İşçi Qrupu işə başlayıb. "Report"un xəbərinə görə, ABŞ Prezidenti Donald Tramp bu…
Bakı, 9 noyabr, AZƏRTAC Bakı Dövlət Universitetinin (BDU) kollektivi 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə…
Berlin, 9 noyabr, AZƏRTACAlmaniyanın Ştutqart şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə…
Baku TV-nin "Qarabağ xronikası" verilişinin yeni buraxılışı yayımlanıb.
ABŞ Prezidenti Donald Tramp İranla genişmiqyaslı hərbi əməliyyatların yenidən başlamasını az ehtimallı hesab etdiyini bildirib.
Almaniyada yeni yaradılan “Gen Z regelt! Studis” (“Z nəsli qərar verir! Tələbələr”) hərəkatı noyabrın 20-də ümumavropa etiraz aksiyalarına qoşularaq ölkənin ali təhsil müəssisələrində kütləvi tətil keçirməyi planlaşdırır
Kiprdə superliqanın 9-cu turunun oyunları keçirilib. Murad Məmmədovun çıxış etdiyi “Pafos” doğma meydanda “Omoniya"nı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 4:2. Murad 59-cu dəqiqədə meydana…
Son tədqiqatlar sayəsində balqabaq toxumları sağlamlığın gizli qəhrəmanı kimi ortaya çıxır. Həm ləzzətli qəlyanaltı, həm də mətbəxlərdə tez-tez istifadə edilən bu qida maddəsi sağlamlıq problemlərinə təbii bir həll yolu…
Bakı-Sumqayıt magistral yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Hadisə yolun Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb.Belə ki, avtomobil yolu keçən piyadanı vurub. Ağır xəsarətlər alan…
Boulinq-Qrin parkında
“Gen Z regelt! Studis”
Almaniyanın Saksoniya federal ərazisindəki Bad-Düben şəhərində təxminən 800 illik tarixi Şnaditz qəsri simvolik olaraq 1 avroya satışa çıxarılıb. "Bild" qəzetinə istinadən, yerli hakimiyyət orqanları memarlıq abidəsini…
Vaşinqton, 9 noyabr, AZƏRTAC ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən “Dəmir Qapı” (Iron Gate) əməliyyatının tam qüvvədə olduğunu bildirib.AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti bu barədə öz sosial…
Tərtər, 9 noyabr, AZƏRTAC Üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyidir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Tərtər Rayon İcra Hakimiyyətinin YAP Tərtər rayon təşkilatının…
Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbriki, həmçinin dövlət başçısının və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada mətbuat üçün…
"ABŞ administrasiyası döyüş əməliyyatlarının yenidən başlanması ehtimalına qarşı İran ərazisinə zərbələr endirmək üçün hədəfləri müəyyən edib. Lakin Vaşinqton bu addımı atmaq istəmir".
İranın Qeşm adasında dörd partlayış baş verib. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb . Agentliyin müxbirinin verdiyi məlumata görə, adada bir neçə yerdə partlayışlar baş verib. Əlavə məlumat verilməyib. ...
Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib."Bizim birliyimiz sarsılmazdır. Bunu…
Azerbaijan AirlinesData Keyfiyyəti üzrə Analitik (Data Quality Analyst)Son tarix 06 dek 2026 - Müraciət etTəsvirİnteqrasiya edilmiş məlumatların dəqiqliyini, tamlığını, ardıcıllığını və etibarlılığını…
Vaşinqton, 9 noyabr, AZƏRTAC ABŞ-ın Nyu-York şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağının təntənəli ucaldılması mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan-Amerika Gənclər…
Zaqatala, 9 noyabr, AZƏRTAC Zəfər Gününün altıncı ildönümü münasibətilə Zaqatala rayonunda silsilə tədbirlər keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tarixi qələbənin rəmzinə çevrilən əlamətdar gün şəhidlərin…
8 Noyabr – Zəfər Günü
Seyid Həmid Purməhəmmədi
"Euronews" telekanalı Azərbaycanda Zəfər Gününün qeyd olunması, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakı ilə bağlı məqalə dərc edib.