Şuşada Zəfər Günü möhtəşəm atəşfəşanlıqla qeyd olundu

8 Noyabr – Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə mədəniyyət paytaxtımızda möhtəşəm atəşfəşanlıq təşkil olunub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bayram axşamı Şuşa səması al-əlvan rənglərə boyanıb.

Göyə yüksələn rəngarəng fişənglər şəhərə xüsusi bayram ab-havası qatıb.

Atəşfəşanlıq sakinlər və şəhərin qonaqları tərəfindən böyük sevinc və maraqla qarşılanıb.

Zəfər Gününün təntənəsi Şuşada bir daha qürur və qələbə ovqatı yaşadıb.