İlham Əliyev: "44 gün ərzində siz və qardaş Türk xalqı bizim yanımızda oldunuz''

Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında bildirib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib: "Qarabağ müharibəsinin ilk saatlarında verdiyiniz bəyanat bütün dünyaya göstərdi ki, qardaş Türkiyə Azərbaycanın yanındadır. 44 gün ərzində siz və qardaş Türk xalqı bizim yanımızda oldunuz. Bunu heç vaxt unudmayacağıq."