Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Ağdam və Xocavənd rayonlarında ağacəkmə aksiyaları keçirilib.
Yaşıllıq sahələrinin genişləndirilməsi və ətraf mühitin mühafizəsinə töhfə verilməsi məqsədi daşıyan aksiyalar müvafiq şirkət və təşkilatların dəstəyi ilə baş tutub.
Aksiyalar çərçivəsində noyabrın 4-də "AzInTelecom"un dəstəyi ilə Ağdam rayonunun Sarıcalı kəndində 40 sot ərazidə ümumilikdə 130 ağac əkilib. Ağacların 80-i badam, 50-si isə zeytun ağacıdır.
Noyabrın 5-də isə "Yaşıl Qarabağ" İctimai Birliyinin dəstəyi ilə Xocavənd şəhərində 30 sot ərazidə 50 meyvə ağacı əkilib.
Beləliklə, ağacəkmə aksiyaları çərçivəsində ümumilikdə 70 sot ərazidə 180 ağac əkilib.