"Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə Cənubi Qafqaz tarixində yeni səhifə açıb".
AZƏRTAC-a istinadən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
"Türkiyə həm Azərbaycanın ədalətli mübarizəsini, həm də Bakının regionda davamlı sülhün təmin olunması istiqamətindəki səmimi səylərini dəstəkləyib", - deyə Prezident Ərdoğan qeyd edib.