Bakı, 8 noyabr, AZƏRTAC Energetika Nazirliyinin, o cümlədən Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbərliyi və kollektivi 8 Noyabr Zəfər Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edib.AZƏRTAC xəbər verir ki, Zəfər Abidəsi önünə gül dəstələri qoyulub, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi ehtiramla anılıb.